Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük işinin təşkilini əyani şəkildə izləyiblər.

Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Eyni zamanda media nümayəndələri “Terminal 1” gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, “yaşıl kanal”, “qırmızı kanal” buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.







Vaxtında, Aydın, Lazımlı!


